Gəncə və yaxın rayonlarda hava kəskin dəyişib

SOSİAL 26 may 2023, 21:15
Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti müşahidə olunur, leysan yağış və dolu yağır.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Göygöl rayonlarına leysan yağışlar yağıb, dolu düşüb.

Meydana gələn qasırğa nəticəsində bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə ildırım düşüb.

Hazırsa Gəncə şəhərində də güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, hava şəraiti səbəbindən avtomobil yollarında, əsasən də magistral yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top