"Sərhəddə postu qoyandan sonra ultimatum verməli idik" — Üzeyir Cəfərov

SİYASƏT 26 may 2023, 13:29
"Sərhəddə postu qoyandan sonra ultimatum verməli idik" —  Üzeyir CəfərovXəbər verdiyimiz kimi, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu, Qərb ölkələrini Dağlıq Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməkdə günahlandırıb.

O, Qərbin bütün vasitələrlə regionda öz varlığını artırmağa və Rusiya ordusunu nüfuzdan salmağa çalışdığını vurğulayıb. Şoyqu bu səsəbdən KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab etdiklərini vurğulayıb.

Bəs, KTMT missiyasının regiona gəlişi Azərbaycanın maraqlarına cavab verirmi?

Hərbi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, bu cür cəhdlər məsələnin uzadılması üçündür:

“Şoyqu həmin fikirləri məsələni uzatmaq üçün səsləndirib. Problemlərin həll edilməməsi üçün tez-tez belə fikirlər dövriyyəyə buraxılır. Azərbaycan sərhəddə postu qurduqdan sonra arxayınlaşıb. Lakin bundan sonra separatçılara ultimatum verməli idik. Bizsə oturub gözləyirik. Onlar da iki gündən bir Azərbaycanla mübarizəni sona qədər davam etdirməklə bağlı bəyanatlar verirlər. Biz susacağıqsa, onlar daha da güclənəcək. Məsələ 2020-ci ildə bitib. Azərbaycan qalib tərəf kimi öz şərtlərini irəli sürməlidir. Bundan sonra hələ 15 missiya gələcək. Bu gedişlə yaxın perspektivdə məslənin müsbət həllini görmürəm. Azərbaycan daha qətiyyətli addımlar atmalıdır”.

Ekspert bu gün Moskvada keçiriləcək üçtərəfli görüşün əlehinə olduğunu bildirib:

“Bu görüş bizə nə verir? Ancaq məsələni uzatmaq, problemi dərinləşdirməyə yönəlib. Separatçılarla danışıqların aparılması, onlara hansısa hüquqların tanınmasından söhbət gedir. Moskva separatçıları dəstəkləyir, biz də gedib orada danışıqlar aparırıq. Bundan imtina etməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top