Tural Abbaslı: "Elmira Axundova işini bacarmırdı"

SİYASƏT 26 may 2023, 12:56
"Elmira Axundovanın diplomatik təcrübəsi yox idi. Çünki o millət vəkili idi, parlamentdən getmişdi. Deputatlıq və diplomatik missiya fərqlidir. O, həmçinin, vətəni, dövləti, milləti üçün fədakarlıq etməyə hazır deyildi. Bu da özünü Ukrayna müharibəsi başlayanda büruzə verdi".

Demokrat.az
xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı Elmira Axundovanın Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, sabiq səfir müharibə ilə əlaqədar Azərbaycan vətəndaşlarının Ukrayndan çıxarılması prosesində fəallıq göstərə bilməyib:

"Hətta Ukraynadan çıxarılan vətəndaşlarımıza başqa səfirimiz dəstək verdi. Axundova da “Mən yalnız səfir deyil, həm də qadınam” kimi yersiz bəyanatlar verdi. Onun geri çağırılmasını müsbət addım kimi qiymətləndirirəm. İşin öhdəsindən gəlməyən adamları dəyişmək lazımdır”.

T.Abbaslı, yeni səfirin E.Axundovadan daha fəal olacağını hesab edib:

“Yeni səfiri gənclikdən tanıyıram. Daha öncə Azərbaycanı Cenevrədə və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyin müşaviri kimi təmsil edib Bu da onun diplomatik təcrübəsi olduğunu göstərir. Gəncdir, enerjilidir. Özünü sübut etməyə çalışacaq. Ukrayna isə hələ də dünyanın ən kritik ölkələrindən biridir. Bizim orada kifayət qədər vətəndaşlarımız var. Müharibənin gedişatının necə olacağı da bilinmir. Ona görə də, zaman lazımdır. Hər halda yeni səfirin Elmira Axundovadan daha aktiv olacağını düşünürəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top