“Əsas ərazi bütövlüyünə dair razılıqdır, qalanları ikinci dərəcəlidir”— PUTİN

GÜNDƏM 25 may 2023, 22:54
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə təkcə İrəvan və Bakı arasında deyil, bütövlükdə regionda konstruktiv inkişafa gətirib çıxaracaq razılaşmaların əldə olunacağına ümid edirəm”.

Bunu Moskvada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

O, bunu Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Paşinyanla Əliyev arasında yaranmış polemikaya cavab verərkən deyib. “Həmkarlar öz mövqelərini bildirdilər, formalaşdırdılar, onlar üçün bu vacibdir. Dəhliz, yol, bu önəmlidir və burada müəyyən ziddiyyətlər var. Amma daha önəmlisi odur ki, həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin indicə dedikləri odur ki, fundamental bir məsələdə – ərazi bütövlüyü məsələsində də prinsipial xarakterli razılaşma var”, – Putin bildirib.

Putin qeyd edib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top