“Baku TV” və “Haber Global” “Şəms Milli Mükafat”ına layiq görüldü

MEDİA 24 may 2023, 22:31
“Baku TV” və Türkiyədə fəaliyyət göstərən “Haber Global” televiziyaları “Şəms Milli Mükafat”ına layiq görülüb.

Demokrat.az
xəbər verir ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, yerli və xarici mətbuat nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasiminin açılışı orkestr və xor heyətinin birgə müşayiəti ilə hazırlanmış əsərlə olub.

Sonra mükafatlar təqdim edilib.

Mükafatlandırılanlar arasında “Baku TV”, eyni zamanda Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına verdiyi töhfələrə görə “Haber Global” telekanalı da var. Hər iki televiziya adından mükafatı “Baku TV”nin direktoru Ramin Cəfərov qəbul edib.

Tədbirdə çıxış edən R.Cəfərov mükafatlara görə təşkilatçılara təşəkkür edib. O bildirib ki, rəhbərlik etdiyi media qurumu bundan sonra da xəbərlərində operativliyi qorumaq üçün əlindən gələni edəcək.

Xatırladaq ki, “Şəms Milli Mükafatı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində təsis olunub.//Report


















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top