Kürdəmir xəstəxanası CƏRİMƏLƏNDİ

HADİSƏ 23 may 2023, 09:46
Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsə cərimə yazılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydalarını pozub. 

Buna görə də xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub. 

Protokol araşdırılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Müseyib Bayramovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top