“Kılıçdaroğlunun həyatı yalandır” — Türkiyə Prezidenti

GÜNDƏM 22 may 2023, 23:16
“Yalanı təyin etmək istəyirsinizsə, Kılıçdaroğluna baxmaq lazımdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında deyib.

“Yalanı təyin etmək istəyirsinizsə, Kılıçdaroğluna baxmaq lazımdır. Onun həyatı yalandır və deməyə sözü yoxdur. Kılıçdaroğlu nifrət nitqi ilə günü (14 may) xilas etməyə çalışdı. Soruşsan, deyəcəklər ki, biz sosial-demokratıq, amma bir həftə sonra faşist Almaniyasındakı nasional-sosialistlərdən heç bir fərqləri olmayacaq. Onların hamısı anarxistdir. Türkiyənin heç bir problemini həll edə bilməzlər. Vətəndaşlarımız diqqətli olsun”, - deyə Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top