Ərdoğan Qərbi ifşa etdi: “Bəs siz demokrat idiniz?”

GÜNDƏM 22 may 2023, 22:43
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəsmilərindən Nyu-Yorkdakı Türk Evinin şüşələrini sındıran şəxsi təcili tapmağı tələb edib. O, bu barədə bazar ertəsi İstanbulda Rumeli görüşündə bildirib.

Dövlət başçısı ABŞ-nin timsalında Qərbin Türkiyəyə qarşı yürütdüyü riyakar siyasəti hədəf alıb.

“Qatillərə yol göstərərək onlara kömək etdilər. Onlar bunu ötən əsrlər ərzində dəfələrlə ediblər. Müsəlmanların və türklərin haqq və həyatına gəlincə, zülmün qarşısını almaq əvəzinə, həmişə üç meymunu oynadılar. İndi Avropada PKK gördü ki, işlər getdikcə pisləşir, seçicilərə hücum etməyə başladılar. Yetərli olmadı, ABŞ-də də BMT-nin qarşısındakı Türk Evinə hücum etdilər. Türk evinin şüşələrini sındırıblar. Bəz siz demokrat idiniz? İndi biz buradan ABŞ-nin səlahiyyətlilərinə deyirik ki, bu terrorçunu tez bir zamanda tapmaq lazımdır, lazım olanı etmək lazımdır. Maraqlıdır, oxşar vəziyyət Türkiyədə olsaydı, buna necə baxardınız? Türk Evinin şüşələrini sındıran bu terrorçunu tapmaq lazımdır. Biz nə lazımdırsa, etməyə hazırıq”, - Ərdoğan bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top