Aksiya iştirakçısı: "Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır”

GÜNDƏM 20 may 2023, 16:45
“Berlin aksiyasının məqsədi Brüsseldəki kimi güney azərbaycanlıların etirazlarını dünyaya, Avropa siyasi ictimaiyyətinə çatdırmaqdır”.

Demokrat.az xəbər verir ki, bunu "Report"un əməkdaşına açıqlamasında aksiya iştirakçısı, Güney Azərbaycandan olan soydaşımız Şərifə Cəfəri deyib.

O bildirib ki, aksiyanın əsas tələblərindən biri də İranda Azərbaycan dilindən istifadəyə qoyulan qadağanın ləğv edilməsidir: “Bizim haqlarımız tapdanır, günahsız insanlarımız öldürülür və həbs edilir. Urmiya gölümüz qurudulur. Biz də haqlarımız və ədalət üçün çalışırıq”.

Ş.Cəfəri söyləyib ki, güney azərbaycanlıların aksiyaları davamlı olacaq.

Qeyd edək ki, hazırda Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilir. "Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycanl soydaşlarımız xüsusi ilə fəallığı ilə seçilirlər.

Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top