Abşeronda şəhid Vidadi Zalovun anım mərasimi keçirildi — FOTOLAR

SOSİAL 20 may 2023, 15:24
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərən, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilib.

Demokrat.az
xəbər verir ki, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak edib.  



Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Daha sonra şəhidin əziz xatirəsinə ehsan təşkil olunub.

Şəhid Vidadi Zalovun ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.



Qeyd edək ki, ailənin yeganə oğul övladı olan şəhid Vidadi Zalov ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılıb və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulub.

Xidməti zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.



Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Laçının azadlığı uğrunda gedən döyüşlərdə fərqlənib.

Vətən müharibəsindən sonra "Gizirlik kursu"nu keçən şəhidimiz "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlib. 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində tördilən təxribat nəticəsində Vidadi Zalov döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top