Arvadının başında şüşə sındıran şəxs həbs edildi

DÜNYA 18 may 2023, 21:23
Türkiyədə qısqanclıq bəhanəsi ilə arvadının başında şüşə sındıran şəxs həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb. 

Bildirilib ki, hadisə Türkiyənin Samsun vilayətində baş verib.

Mübahisə etdiyi həyat yoldaşının başında şüşə sındırdığına görə saxlanılan şəxs polisə izahat verib.

O bildirib ki,  qısqanclıq zəminində həyat yoldaşı ilə mübahisə edib:

"Həyat yoldaşım evdəki əşyaları dağıtdı. Əsəbi olduğum üçün ona xəsarət yetirdim. Amma həyat yoldaşımın başında şüşə sındırmamışam".

Məhkəmənin qərarı olaraq kişiyə həbs cəzası verilib.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top