Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək — Nazirlik

SOSİAL 18 may 2023, 13:01
“Sertifikatlaşdırma imtahanında təkrar iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O, bildirib ki, ilk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və onların əmək müqaviləsinə xitam veriləcək.

“Təkrar imtahanda iştirak edə bilməyən namizədlər üçün hər hansısa bir güzəşt tətbiq olunmur. İlk imtahanda müəllim, tutaq ki, hansısa üzrlü səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq buna güzəşt olmur”, - deyə şöbə müdiri qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top