SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

SOSİAL 13 may 2023, 17:40
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir.

Demokrat.az xəbər verir ki, növbəti həftə (15-16.05.2023 və 18-19.05.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-a dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü Biləsuvar rayonunda (Köhnə Amankənd yaşayış massivi), 4-cü günü Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 5-ci günü isə Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top