Deputat: “7 yaşlı Fəridin ölmünə səbəb olan məşqçiyə ən ağır cəza veriləcək”

GÜNDƏM 04 may 2023, 14:38
“Sumqayıtda yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölməsi hamımızı kədərləndirdi. Məşqçi tərəfindən baş verən və Fərid balanın ölməsi ilə nəticələnən hərəkəti şiddətlə qınayır, ailəsinə və yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. İdman məşqçisinin törətdiyi qəddarlıq hərəkətinə isə hüquq mühafizə orqanları və məhkəmə tərəfindən ən ağır cəza veriləcək”.

Demokrat.az
-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

“Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır”, - A.Əliyev qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top