Deputat: "2026-cı ilədək 40 minə yaxın ailə işğaldan azad olunan ərazilərdə məskunlaşacaq"

QARABAĞ 04 may 2023, 14:27
"Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası və inkişafı cənab Prezidentin diqqət mərkəzindədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Deputat deyib ki, tezliklə Qarabağda və Şərqi Zəngəzurda həyat geri qayıdacaq: 

"Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Zəngəzura mütəmadi olaraq səfərləri ondan xəbər verir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin bərpası ölkə rəhbərliyinin xüsusi diqqətindədir. 

Eyni zamanda bütün bunlar həmin ərazilərimizin daha qısa zamanda bərpası, qurulması və iqtisadiyyatının formalaşması üçün xüsusi bir zəmin yaradır. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa olunur. Son təməlqoyma mərasimləri ondan xəbər verir ki, artıq burada məskunlaşma üçün ciddi zəmin formalaşmaqdadır. Bu, məskunlaşmanın daha tez və intensiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Artıq bu ilin sonundan etibarən biz Qarabağ və Şərqi Zəngəzurda yeni məskunlaşmalar müşahidə edəcəyik. 

Bütövlükdə, 2026-cı ilədək 40 minə yaxın ailə işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşacaq. Ona görə də tezliklə həyat Qarabağda və Şərqi Zəngəzurda qayıdacaq".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top