Fərid Şəfiyev: "Ermənistan Sülh sazişi ilə bağlı Türkiyədəki seçkilərin nəticələrini gözləyir"

GÜNDƏM 03 may 2023, 20:09
"Hazırda sülh prosesi istiqamətində gərgin iş gedir. Əlbəttə ki, Ermənistan tərəfindən çox şey asılıdır. Çox güman ki, onlar Türkiyədə keçiriləcək seçkilərin nəticələrini gözləyəcəklər və bundan sonra bir qərara gələcəklər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Vaşinqtonda keçirilən sülh danışıqları, eləcə də ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalaması istiqamətində səylərini şərh edərəkən bildirib. 

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun mövqeyi heç də Azərbaycanın xeyrinə dəyişməyib:

"Sadəcə Ağ Ev başa düşür ki, burada uzunmüddətli əmin-amanlığın bərqərar olunması üçün sülh olmalıdır. Azərbaycan isə burada əsas qüvvədir. 
Həmçinin, Rusiyanın burada təsirinin azalması üçün Ermənistanla Azərbaycan arasında olan bütün mübahisəli məsələlər birmənalı və davamlı olaraq həll olunmalıdır".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top