AEBA İrandakı nüvə obyektlərində kameralar quraşdırır

DÜNYA 03 may 2023, 00:28
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda yeni kameralar quraşdırmağa başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AEBA rəhbəri Rafael Qrossi məlumat verib.

O bildirib ki, Tehranla əldə etdiyi razılaşmaya əsasən, İrandakı bəzi nüvə obyektlərində yeni kameraların quraşdırılması prosesinə başlanılıb.

Qrossi prosesin bir neçə həftə çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin iyununda İran bir sıra nüvə obyektlərindən müşahidə kameralarını yığışdırıb. Bundan sonra Qrossi yaranan boşluqdan narahatlığını bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top