Azərbaycan Minskdə keçirilən Avropa Oyunlarında 2-ci qızıl medalı qazanıb.
Demokrat.az xəbər verir ki, növbəti qızıl güləşçimiz Hacı Əliyevdən gəlib. Belə ki, dünən 65 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək finala yüksəlmişdi. Üçqat dünya çempionumuz bunadək iki erməni rəqibini və yerli idmançını məğlub edərək, adından söz etdirməyi bacarmışdı. Bu gün isə həlledici döyüşdə gürcüstanlı Vladimer Xiceqaşvili qalib gələn idmançımız yarışı qızıl medalla başa vurub.