Məlumat verdiyimiz kimi, Avropanın nüfuzlu media orqanları İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbərlər yayıblar.
Araşdırmaçı-jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə həmin şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib:
“Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.