Həbsdən məhkumu azad etmək istədi — Özü məhbus oldu

KRİMİNAL 26 apr 2023, 15:35
Həbsdə olan şəxsi azadlığa buraxılması adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirafiq Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirheydər Zeynalovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, Mirafiq Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd vermədə, bu yolla da həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi üzrə ittiham verilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top