Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq — Spikerdən tapşırıq

GÜNDƏM 25 apr 2023, 11:49
Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib.

“Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”,- deyə sədr bildirib.

Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top