İranın təhsil işçiləri: “Məktəblərə kimyəvi hücumlara küçələrdə cavab verəcəyik” — FOTO

DÜNYA 24 apr 2023, 16:55
“Məktəblərə kimyəvi hücumlar davam edərsə, qarşıdakı həftələrdə bu çürük beyinlərin stereotiplərinə və yanlış addımlarına bütün ölkə üzrə müəllimlərlə birlikdə küçələrdə cavab veriləcək”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilir.

Şura müəllim və şagirdlərlə bağlı valideynlərin təşəbbüsü ilə ən qısa zamanda müstəqil məktəb mühafizə komitələrinin yaradılmasına çağırış edib.

Həmçinin təklif edilib ki, kimyəvi hücumlar davam edərsə, bu komitələrin dəstəyi ilə dərslər küçədə keçirilsin.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top