Yunan-Roma güləşi üzrə millimiz rekorda imza atdı

İDMAN 24 apr 2023, 11:55
Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında ikinci yerə çıxdı. Türkiyə 155 xalla çempion oldu. Gürcüstan isə 124 xalla üçüncü pillədə qərarlaşdı.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvi Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazandı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top