Tramp aprelin 4-də məhkəmə qarşısına çıxacaq — CNN

DÜNYA 01 apr 2023, 10:33
ABŞ-ın keçmiş prezidenti Donald Tramp maliyyə fırıldaqları iddiaları ilə bağlı aprelin 4-də Nyu-York məhkəməsinə çıxarılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə cümə günü CNN məlumat yayıb.

Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin yanvarında “Wall Street Journal” qəzeti Donald Trampın 2006-cı ildə aktrisa Stormi Deniels ilə intim əlaqəsi olduğu və susması üçün ona 130 min dollar ödədiyi barədə məqalə dərc edib. Nəşrin iddiasına görə, aktrisa Donald Trampı və onun vəkili Maykl Koeni məhkəməyə verib.//Azpostinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top