İlham Əliyevə “Togg” elektromobili veriləcək — NAZİR

HADİSƏ 31 mar 2023, 14:52
Prezident İlham Əliyevə Türkiyənin yerli istehsalı olan "Togg" elektromobili təqdim ediləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Onun sözlərinə görə, "Togg" bazar ertəsi Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

"Daha sonra ikinci avtomobil Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycan lideri İlham Əliyevə veriləcəyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top