Tokio - Tel-Əviv təyyarəsi Bakıya təcili eniş edib

DÜNYA 31 mar 2023, 00:26
EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən  bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top