Şeyxin qudası: "Rəsul Quliyev vətən xainidir"

GÜNDƏM 30 mar 2023, 17:17
"Hər zaman insanlara əlimdən gələn köməkliyi edirəm. Mən elə-belə adam deyiləm ki, ət kəsim paylayım və özümü siyasi məqsədlər üçün reklam edim. Nə köməkliyi bacarıramsa, onu da edirəm. Yaxşılıq edim, sonra kiminsə başına vurum, belə şeylər mənlik deyil. Bu cür şeylərdən uzağam. Allahım və özüm bilirəm. Çalışıram Allahdan naxoş iş görməyim".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat hacı Qalib Salahzadə deyib. 

Qalib Salahzadə sabiq spiker Rəsul Quliyevin nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında Bilgəhdəki mülkə görə məhkəmə çəkişməsi barədə də danışıb:

"Məhkəmədə udsam da, uduzsam da, insanlara əlimdən gələn köməkliyi edəcəm. Ancaq keçirilən məhkəmə prosesindən narazıyam. Çünki hakim Həqiqət Mahmudova məhkəməyə nə mütəxəssis, nə ekspertiza çağırıb, nə də şahidləri qəbul edib. Deyir mən belə qərar çıxardıram, belə istəyirəm. Həqiqətən də, Sabunçu rayon məhkəməsindəki hakimlərin işinə diqqət yetirmək lazımdır. Orada hakimlərin böyük əksəriyyəti illərlə ayaqlarını uzadıblar yalandan və heç bir iş görməyiblər. Gəlin, baxın görün məhkəmələrdə nə oyunlardan çıxırlar. Halbuki, qayda-qanun var, rəy almalısan ki, bu torpaq harada yerləşir. Mən vaxtilə deputat olmuşam, bu şeyləri əzbər bilirəm. Qanunsuz nə qərar çıxartsınlar? Necə deyə bilərsən ki, bu torpaq burada yerləşir? Sən nə olsun hakimsən?! Ekspertiza rəyi olmalıdır. Qanunsuzluq baş alıb gedir. Apellyasiyaya və Ali Məhkəməyə də verəcəyik. Rəsul Quliyev vətən xainidir. Bu işin axırına kimə gedəcəm. Bu iş düzgün formada araşdırılmalıdır".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top