Deputat: "Fazil müəllimə hücum etməklə Azərbaycan cəmiyyətini qorxutmağa çalışıblar"

GÜNDƏM 30 mar 2023, 13:32
"Fazil Mustafa Milli Məclisin ən fəal deputatlarından biridir.  O, vaxtaşırı həm ölkədaxili, həm beynəlxalq birlikdə baş verən hadisələrə aktual münasibət bildirir. Hesab edirəm ki, sui-qəsdə məruz qalan Fazil müəllim yox, bir başqası da ola bilərdi. Prinsipcə, bu atılan güllə Fazil müəllimə yox, Azərbaycana atılan güllədir. Bu, öz hüququnu qoruyan Azərbaycana qarşıdır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat qeyd edib ki, Milli Məclisdə və vətəndaş cəmiyyətində kifayət qədər Azərbaycan maraqlarını üstün tutan, onu müdafiə etməyi bacaran ziyalılarımız var:

"Hesab edirəm ki, Fazil müəllimə hücum etməklə bütövlükdə ziyalılarımızı susdurmağa, Azərbaycan cəmiyyətini qorxutmağa çalışıblar. Əlbəttə ki, bunun sifarişçisi var. Bu, təsadüfi hadisə deyil, bu açıq-aşkar terror aktıdır. Bu bir nəfəri aradan götürmək üçün atılan bir addımdır. Bunun sifarişçiləri böyük bir əks-səda doğuracağını bilirdilər. Fazil müəllimə edilən terrorla demək olar dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri yazdılar. Bu, sıradan bir deputata, sıradan bir ziyalıya, sıradan bir mövqeyi olan vətəndaşa qarşı olan hücum deyildi.  Bu, danışan, mövqeyi olan, Azərbaycan demokratiyasına qarşı hücumdur. Bu, Azərbaycanın artan nüfuzuna qarşı hücumdur. Onlar öz məqsədlərinə çata bilmədilər və Azərbaycan cəmiyyəti daha da birləşdi. Hesab edirəm ki, belə halların qarşısını almaq üçün dövlətimiz də xüsusi tədbirlər görəcək". 


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top