Qardaşı deputatın güllələnməsindən danışdı: "Qaranlıqda darvazanın arxasında gizləniblər"

GÜNDƏM 29 mar 2023, 11:47
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa dünən axşam saatlarında evinin önündə güllələnib.

Demokrat.az
xəbər verir ki, deputatın qardaşı İlqar Mustafayev hadisənin detallarını açıqlayıb.
Onun sözlərinə görə, ərazidə kamerlar olub. Lakin hadisəni törədən şəxslər qaranlıq yerdən atəş açıblar:

"Dünən axşam o, evə yaxınlaşıb darvazanı açarkən maşını atəşə tutulub. Hasarın arxasından 7 güllə atılıb, 2-si ona dəyib. Fazil Mustafa çevik davranaraq tez həyət girib, darvazanın qapısını bağlayıb. Cinayətkar (lar) profesional olduğundan hər şey nəzərə alınıb. Onlar işıq olmayan yerdə gizləniblər. Hadisə baş verəndə qızı və yoldaşı evdə olub. Evə girib dərhal qapını bağlayıblar".

O qeyd edib ki, hazırda deputatın vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top