Meksikada immiqrasiya mərkəzində yanğın oldu

DÜNYA 28 mar 2023, 21:26
Meksikanın ABŞ sərhədi yaxınlığında immiqrantların saxlandığı binada yanğın baş verib. 

Demokrat.az
xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, yanğında 39 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.

Məsələ ilə bağlı Meksika prezidenti Lopez Obrador açıqlama verib.

O, bildirib ki, miqrantlar deportasiya ediləcəyini öyrəndikdən sonra çarpayılarını yandırıblar və buna görə də yanğın başlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top