Hollivud ulduzları dəbdəbəli evlərini satışa çıxarıblar

DÜNYA 28 mar 2023, 20:59
Hollivud məşhurları aprelin birindən əvvəl lüks evlərini satmağa tələsirlər.

Demokrat.az xəbər verir ki, buna səbəb Los-Ancelesin yeni “imarət vergisinin” aprelin 1-dən qüvvəyə minməsidir.

Bu,  dəyəri 5 milyon dollardan çox olan əmlak sahiblərindən 4 faiz vergi ödəməyi tələb edəcək.

Eyni qanun, 10 milyon dollardan çox satış zamanı 5,5 faiz vergi ödəməyi tələb edəcək və toplanan bütün pullar sosial məsələlərə sərf olunacaq.

Hakimiyyət artan böhran ilə mübarizə aparmaq üçün bu satışlardan 1 milyard dollara qədər gəlir əldə etməyi hədəfləyir.

Məhz buna görə də Cim Kerri, Britni Spirs və Kylie Cenner kimi məşhurlar son aylarda mülklərini satışa çıxarıblar.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top