Rusiya Ermənistanı Putinə görə hədələdi

DÜNYA 27 mar 2023, 23:50
Rusiya hökuməti prezident Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını qəbul edən Ermənistana sərt xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS və "RİA Novosti" agentlikləri Rusiya Xarici İşlər Nazirliyindəki anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Moskva Ermənistanın BCM-in Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Agentliklər qeyd edib ki, Rusiya Ermənistan tərəfinə atılacaq mümkün addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top