Bakı sakininin bank hesabından 1180 manat pul oğurlandı

HADİSƏ 27 mar 2023, 17:18
Bakı sakininin bank hesabından pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Ağstafa rayon sakini Niyaməddin İsmayılov saxlanılıb.
O, paytaxt sakini olan bir nəfərin bank hesabından 1 180 manatını oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top