Şəhriyar Məmmədyarova 50 min dollarlıq TƏKLİF

İDMAN 27 mar 2023, 14:08
Şəhriyar Məmmədyarov 50 min dollarlıq turnirə dəvət alıb

Demokrat.az
xəbər verir ki, bu gün Özbəkistanda şahmatın rapid növü üzrə beynəlxalq turnirə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişşuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top