Murad Arif əsəbiləşdi: "Siz necə həyasız adamlarsınız?"

ŞOU-BİZNES 25 mar 2023, 21:18
Müğənni Murad Arif popurrilərindən icazəsiz istifadə edənlərə əsəbiləşib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

 “Popurrilərimi icazəsiz, halallıq almadan oğurlayıb oxuyanlar, siz necə həyasız adamlarsınız? Həm oğurlayırsınız, həm də bunu paylaşıb reklam edirsiniz. Birinizdən Murad Arif haqqında soruşsalar, bəlkə, ağız da büzərsiniz. Amma halal zəhmətimlə, büdcəmdən kəsib-yığdığıım, günlərlə enerjimi, zövqümü, diqqətimi sərf etdiyim işlərə belə "it milçəyi" kimi daraşırsınız. Ölün də, haram olsun” deyə, Murad paylaşımında bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top