SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir — FOTO

SOSİAL 25 mar 2023, 15:45
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (27-28.03.2023 və 30-31.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək #Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top