Virusa yoluxma sayı açıqlandı

SOSİAL 24 mar 2023, 23:15
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829 328 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 328 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 160 nəfərdir.

Ölkədə son sutka ərzində 353, hazırkı dövrədək isə 7 551 588 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top