Moskvada İES yaxınlığında mina tapıldı

REGİON 24 mar 2023, 18:00
Moskvada İstilik Elektrik Stansiyası (İES) yaxınlığında mərmi tapılıb.

Demokrat.az xəbər verir ki, Rusiya mediası Vavilov küçəsində yerləşən İES-in hasarının yaxınlığında aşkarlanan mərminin mina olmasının ehtimal olunduğunu yazıb.

Qeyd olunub ki, ehtimal olunan mina İES-in hasarının yaxınlığında, keçid məntəqəsindən təxminən 50 metr aralıda aşkar edilib. Ərazi mühasirəyə alınıb, istehkamçılar hadisə yerinə cəlb olunub.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top