“İran Ermənistanla sərhədimizin kəsilməsinə icazə verməyəcək” — Molla rejimi Azərbaycanı yenə təhdid etdi

SİYASƏT 24 mar 2023, 17:09
“Azərbaycan prezidenti İlham Əliyev nisbi sülhü riskə atmamalıdır”.

Demokrat.az "Busaat.az" istinadən xəbər verir ki, bunu İran İslami Şurasında Təbrizi təmsil edən nümayəndə Əlireza Monadi bəyan edib.

Monadi qeyd edib: “Biz Əliyevdən xahiş edirik ki, dünya iqtisadi böhranı şəraitində öz hərəkətləri ilə xalqının həyatını və nisbi dincliyini riskə atmasın. Ermənistanla sərhədimiz ölkənin sərvətlərindən biridir və biz ümid edirik ki, Əliyev yanlış qərar verməyəcək, çünki bizim Azərbaycanla dostluq münasibətlərimiz var və bu hərəkətlər yalnız münasibətlərimizi zəiflədə bilər”.

İranlı siyasətçi əlavə edib: “İran İslam Respublikası Ermənistanla sərhədimizin kəsilməsinə icazə verməyəcək. Ermənistan da bu sərhədi saxlamaq istəyir, ona görə də heç kim bu işə qarışmasın”.

Qeyd edək ki, bu, İran tərəfinin müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərin dili ilə Azərbaycanın siyasi rəhbərliyini hədəf aldığı ilk addım deyil. Bundan əvvəl də, dəfələrlə Azərbaycana qarşı təhdid mesajları səsləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top