Yuxarı Şirvan kanalından tapılan meyitin şəxsiyyəti məlum oldu

HADİSƏ 24 mar 2023, 17:00
Yuxarı Şirvan kanalından tapılan meyitin şəxsiyyəti məlum olub.

Demokrat.az
xəbər verir ki, barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən ayın 23-də itkin düşən 1963-cü il təvəllüdlü Ağdaş şəhər sakini Rəcəbov Comərd Musa oğlunun meyiti bu gün günorta saatlarında Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən su kanalında aşkar edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top