İsveç - Azərbaycan oyununu qadın referi idarə edəcək

İDMAN 24 mar 2023, 14:09
İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Demokrat.az xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top