Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi — “Haqqımı halal etmirəm!“

ŞOU-BİZNES 24 mar 2023, 09:52
"Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm".

Demokrat.az xəbər verir ki, bunu öz sosial media hesabında aparıcı Turan İbrahimov yazıb.

O, mərhum prodüser Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan vəziyyətdə mediada işıqlandırılmasına etirazını bildirib.

Aparıcı bu barədə status yazaraq dünyasın dəyişən şəxslərin dəfnini bu şəkildə ictimailəşdirilməsinə qarşı olduğunu qeyd edib.

T. İbrahimov statusa aşağıdakı şərhi əlavə edib:

"Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!"

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top