Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi

XARİCİ SİYASƏT 24 mar 2023, 09:23
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.

Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı da Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top