Tovuzda həmkəndlilərin davası qanla bitdi

HADİSƏ 22 mar 2023, 11:15
Tovuz rayonunda həmkəndilisini öldürməyə cəhd etməkdə ittiham olunan Nicat Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib. 
İttihama görə, hadisə rayonun Əyyublu kəndində baş verib.
Kənd sakini Əsgərov Nicat Ramin oğlu mübahisə zamanı Mirzəyev Elvin İlham oğlunu bıçaqla vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. 

İstintaq orqanı tərəfindən Nicat Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top