Zülfü “Səs”dəki qalibiyyətindən yazdı

ŞOU-BİZNES 22 mar 2023, 00:20
“Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasında birinci olan Zülfü Əsədzadə qalibiyyəti ilə bağlı paylaşım edib.

OLAY yazır ki, ifaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Dünəndən bugünə kimi məni tanıyan, tanımayan insanlardan o qədər xoş təbriklər alır, gözəl sözlər eşidirəm ki, həqiqətən var olun hər biriniz. Səslərinizi halal edin, çünki bu qalibiyyət sizlərin zəhmətidir! “İctimai” kanalın rəhbəri başda olmaqla, bu layihənin ərsəyə gəlməsində əməyi olan, əziyyətimizi çəkən hər kəsə dərin minnətdarlığımı bildirirəm! Dəyərli münsiflərimiz, İlqar Xəyal, Samirə Əliyeva, sevimli aparıcımız əziz Azər Süleymanlı – hər birinizə təşəkkür edirəm!Yarışma sayəsində o qədər gözəl insanlar tanıdım, dostlar qazandım ki, onlardan da biri və birincisi, bizim gözəl sənətkarımız, əziz, Gülyaz Məmmədova oldu.

Hələ ilk turda, “görmədən seçimlərdə” ürəyimin səsinə qulaq asıb Gülyaz xanımın adını çəkdim, komandasına qoşuldum. Ürəyimin səsi, Gülyaz xanımın sonacan mənə olan inamı bizi uğura səslədi, qalib etdi. Çox sağolun hər şeyə görə dəyərli Gülyaz xanım!  Əslində ürəyim dolu, təşəkkürlərim isə çoxdur. Ən böyük təşəkkürüm isə mənim üzərimdə əziyyəti olan, 11 yaşımdan mənə sənətin incəliyini öyrədən, düzgün musiqi ilə məni yoğuran, boğazıma boğaz qatan, ustadım Aybəniz xanım Haşımovayadır. Haqqınızı halal edin əziz müəlliməm! 

2012-ci ildən bəri, mənə vokalın sirlərini öyrədən, üzərimdə çox əziyyəti olan dəyərli pedaqoq, Əməkdar artist Əliəhməd İbrahimova sonsuz təşəkkür edirəm! Yarışma artıq bitdi, xatirələri isə bir ömür yaddaşlarda qalacaq!”, - deyə, Zülfü qeyd edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top