Novruz tədbirində təxribat — 5 polis yaralandı

SİYASƏT 21 mar 2023, 20:16

Türkiyənin Diyarbakır vilayətində keçirilən Novruz tədbirində PKK terror təşkilatının rəmzi bayraqlar qaldırılıb. 

Sfera.az xəbər verir ki, təşkilatın lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib. 

Qarşıdurma zamanı 5 polis yaralanıb, 19 nəfər saxlanılıb.

Qeyd edək ki, qarşıdurmaya səbəb Əhməd Türkün çıxışı olub. O, kürdləri mübarizəyə səsləyib: "Hörmətli Öcalanın 24 illik həbsxana əsarətinə son qoymalıyıq. Bu dövr qurtuluş günü olacaq. Bu dövr kürdlərin öz müqəddəratını təyin etmə günü olacaq. Mən buna ürəkdən inanıram". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top