MN: Ermənistan Azərbaycan ərazisinə hərbi yükdaşımalar üçün mülki nəqliyyat vasitələrindən istifadə edir

GÜNDƏM 21 mar 2023, 19:21

Ermənistan tərəfinin Azərbaycan ərazisinə hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır: “Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top