Nazir "Neftçi"nin sabiq baş məşqçisini vəzifədən uzaqlaşdırdı

İDMAN 20 mar 2023, 17:20
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev əsas iş yerini itirib.

O, ixtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postundan uzaqlaşdırılıb.

30 ildən artıqdır adıçəkilən mərkəzə rəhbərlik edən Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.

Struktur və kadr islahatı aparan nazir burada yaş senzini əsas götürüb. "Neftçi"nin 82 yaşlı sabiq baş məşqçisi təqaüdə göndərilib.

Onun yerinə təyinat yaxın günlərdə açıqlanacaq.//sportinfo.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top