Rüşvətə görə tutulan baş memarın məhkəməsinin vaxtı AÇIQLANDI

KRİMİNAL 20 mar 2023, 15:15
Rüşvətə görə həbs edilən Lənkəranın baş memarı Elgün Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın  31-nə təyin edilib. 

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. 

İş araşdırılması üçün hakim Elxan Süleymanovun icraatına verilib. 

İttihama görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top