Səfir: “Ukrayna məğlub olacağı təqdirdə Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

REGİON 19 mar 2023, 23:49
“Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”.

Demokrat.az xəbər verir ki, bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.

“Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, bizim münaqişəyə girməkdən başqa çarəmiz qalmayacaq”, o, “LCI” telekanalında deyib.

Diplomatın sözlərinə görə, müharibədə qalib gəlmək çox vacibdir, çünki Ukrayna münaqişəsi Qərbin əsas dəyərləri və Qərb mədəniyyəti uğrunda gedən döyüşdür.

Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski “Corriere della Sera” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiyanın Ukraynadakı münaqişədə məğlub olması Polşa və bütün Avropa üçün “varlıq səbəbi”nə çevrilib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top